• Bakı 19° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Beynəlxalq aviaşirkətlər bu ölkəyə uçuşları dayandırır

DÜNYA

17 Aprel 2024 | 13:06

Beynəlxalq aviaşirkətlər bu ölkəyə uçuşları dayandırır

İsrail və İran arasında yaşanan gərginliyə görə beynəlxalq aviaşirkətlər regiona uçuşlarının vaxtını dəyişdirirlər.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, Britaniyanın Wizz Air aviaşirkəti aprelin 13-də İranın İsrailə hücumundan sonra aprelin 14-ü və 15-də Tel-Əvivə uçuşları ləğv edib.

Dünən uçuşları davam etdirən Wizz Air-dən verilən açıqlamada qeyd olunur ki, aprelin 16-dan etibarən uçuşlar davam edir: "Lakin sərnişinlər bəzi proqram dəyişiklikləri ilə üzləşə bilər. Şirkət vəziyyəti aidiyyatı orqanlarla yaxından izləyir və sərnişinlərini hər şeydən xəbərdar edir. Proqram dəyişiklikləri sərnişinlərimizin və komandamızın təhlükəsizliyidir. Ümid edirik ki, bölgədə qısa müddətdə normallaşma olacaq".

Britaniyanın easyJet aviaşirkəti də İsraildə "davam edən vəziyyət" səbəbindən yay mövsümü də daxil olmaqla Tel-Əvivə uçuşları oktyabrın 27-dək dayandırıb.

Almaniyanın KLM şirkəti aprelin 21-dək İsrailə uçuşları ləğv etsə də, uçuşlarının İran və İsrail üzərindən həyata keçirilməyəcəyini açıqlayıb.

Almaniyada yerləşən Lufthansa Qrupu bu gündən etibarən Təl-Əviv, Əmman və Ərbilə uçuşları dayandırdıqdan sonra uçuşları davam etdirib. Şirkət aprelin 18-dək Tehran və Beyruta reyslərini ləğv edib və İranın hava məkanından istifadə etməyəcəyini bəyan edib.

“Air India” aviaşirkəti Təl-Əvivə uçuşları müvəqqəti dayandırmaq qərarına gəlib.

ABŞ Birləşmiş Hava Yolları Təl-Əvivə uçuşları dayandırdı və mayın 1-dək bölgəyə bileti olan sərnişinlərinə tam geri qaytarıla biləcəyini açıqladı.

Air Canada şənbə günü Təl-Əvivə uçuşunu ləğv etdikdən sonra bölgədəki vəziyyəti izləməyə və uçuş cədvəllərini buna uyğun olaraq tənzimləməyə davam edəcəklərini açıqladı.

Avstraliyanın Qantas aviaşirkəti təyyarələrinin İran hava məkanından istifadə etməmək üçün marşrutu dəyişdiyini açıqlasa da, Virgin Atlantic İraq, İran və İsrail üzərində uçmadıqlarını, əməliyyatlarına mümkün təsirlər üçün vəziyyəti izləməyə davam etdiklərini açıqladı. Iberia Express isə aprelin 14 və 15-də Təl-Əvivə reyslərini ləğv etmişdi.

Ay Tac


SON XƏBƏRLƏR

29 Aprel 2024