• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə ABŞ-ni terrorçulara dəstəyi dayandırmağa çağırıb

DÜNYA

17 May 2024 | 12:54

Türkiyə ABŞ-ni terrorçulara dəstəyi dayandırmağa çağırıb

Türkiyə terrorçulara dəstəyi dayandırmaqla bağlı ABŞ-yə çağırış edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

O bildirib ki, bu, iki NATO müttəfiqinin əlaqələrinə təsir edə bilər: “Terrorçuların dəstəklənməsinin əlaqələrimiz üçün risk yarada biləcəyini həm ictimaiyyət qarşısında, həm də görüşlərdə demişik. ABŞ İŞİD-lə mübarizə üçün digər terror təşkilatlarına yardım ayırdığını deyir. Amma bir terror təşkilatına qarşı mübarizə üçün digərindən istifadə edilməz. Bu, regional sabitliyi poza biləcək addımdır”.

F.Altun qeyd edib ki, Türkiyə ABŞ-dən müttəfiqlik ruhuna uyğun davranmağı gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026