• Bakı 28° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

Fransada fermerler yenidən nümayişə çıxacaqlar

DÜNYA

16 Iyun 2024 | 00:57

Fransada fermerler yenidən nümayişə çıxacaqlar

Fransada kənd təsərrüfatı işçiləri iyunun 17-də yenidən etiraz nümayişinə çıxmağı planlaşdırırlar.

Bakıvaxtı.az xəbər verir ki, ilin əvvəlində fermerlərin qəzəbinin alovlandığı vaxtda Baş nazir Qabriel Attal ümumi kənd təsərrüfatı siyasəti (PAC) ilə bağlı bütün yardımların martın 15-dək ödəniləcəyinə “təntənəli şəkildə” zəmanət verərək, gərginliyi azaltmağa nail oldu. Bir neçə həftədən sonra Kənd Təsərrüfatı Nazirliyi bu yardımların ödənilməsinin iyunun 15-dək veriləcəyini bildirdi. Ancaq minlərlə təsərrüfat ödənişi gözləsə də, vəziyyət hələ də həllini tapmayıb.

2023-cü ildə ödənilməli olan yardımlar hələ də verilməyib. Bundan qəzəblənən fermerlər onsuz da siyasi cəhətdən sarsılmış ölkədə iyunun 17-də yenidən etiraz nümayişinə çıxacaqları ilə bağlı xəbərdarlıq ediblər.


SON XƏBƏRLƏR