• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Trampa qarşı cinayət işlərindən biri BAĞLANDI

DÜNYA

15 Iyul 2024 | 19:40 | Müəllif: Subhan Mahmudov

Trampa qarşı cinayət işlərindən biri BAĞLANDI

Florida ştatının məhkəməsi ABŞ-ın sabiq Prezidenti Donald Trampa qarşı məxfi sənədlərin qanunsuz saxlanması haqqında cinayət işini sui-qəsddən bir sutka sonra bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hakimin qərarında deyilir.

"Klarka müvafiq işi bağlamaq tapşırığı verilib. Planlaşdırılmış istənilən dinləmə ləğv edilir. Gözləyən istənilən vəsatətə baxılmasından imtina olunub ", - deyə ştat hakiminin qərarında bildirilib.

Qeyd olunur ki, işə xitam verilməsi barədə qərar xüsusi prokurorun təyin edilməsi qaydalarının pozulması ilə əsaslandırılıb.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd şənbə günü seçkiqabağı mitinqində baş verib. Siyasətçi qulağından yaralanıb və mühafizə xidməti onu hadisə yerindən uzaqlaşdırıb. İnsident zamanı mitinq iştirakçılarından biri həlak olub, daha iki nəfər isə ağır yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026