• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bəşər Əsəd Ərdoğanla bu şərtlə görüşməyə hazırdır

DÜNYA

15 Iyul 2024 | 20:44 | Müəllif: Subhan Mahmudov

Bəşər Əsəd Ərdoğanla bu şərtlə görüşməyə hazırdır

Suriya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün təşəbbüslərə müsbət yanaşır, lakin o, yalnız beynəlxalq hüququn prinsiplərinə əməl olunduğu halda belə bir addım atmağa razıdır.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd seçicilərlə söhbəti zamanı deyib.

“Heç kimin qonşuları ilə problem istəməməsi təbiidir, lakin Suriya Türkiyə ilə görüşməyə və müəyyən qaydalara uyğun olaraq onunla əlaqələri yaxşılaşdırmağa hazırdır. Söhbət beynəlxalq hüququn prinsiplərinə əməl olunmasından gedir. Bunu ona görə edirik ki, Suriya-Türkiyə münasibətlərinin normallaşması istiqamətində davam edən səylərin uğurlu olmasını azulayırıq”, - deyə Əsəd bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR