• Bakı 26° C

    7.74 m/s

  • USD - 1.7

    EUR - 1.8768

    RUB - 0.0188

MKİ şefi Qəzza üçün Dohaya gedir

DÜNYA

14 Avqust 2024 | 20:37

MKİ şefi Qəzza üçün Dohaya gedir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns avqustun 15-də Qəzzada atəşkəslə bağlı danışıqlarda iştirak etmək üçün Dohaya gedəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid mənbəyə istinadən məlumat verib.

"Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Börns sabah Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani, MOSSAD-ın direktoru David Barnea və Misir Kəşfiyyat İdarəsinin rəisi Abbas Kamal ilə görüşdə iştirak etmək üçün bu gün Dohaya gedəcək", - o bildirib./axar.az

 


SON XƏBƏRLƏR