• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Paşinyan məzuniyyətə çıxıb Londona gedəcək

DÜNYA

15 Iyul 2024 | 21:23 | Müəllif: Subhan Mahmudov

Paşinyan məzuniyyətə çıxıb Londona gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 18-də Londonda keçiriləcək Avropa Siyasi Birliyinin dördüncü sammitində iştirak edəcək.

Bakıvaxtı.az TASS-a isitnadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

"Baş nazir Nikol Paşinyan iyulun 15-dən avqustun 12-dək məzuniyyətdə olacaq. Tətil Avropa Siyasi Birliyinin bu həftə Londonda keçirilməsi planlaşdırılan dördüncü sammiti ilə əlaqədar dayandırılacaq", - Bağdasaryan bildirib.

Onun sözlərinə görə, Paşinyan tətilinin böyük hissəsini Ermənistanda keçirəcək.

Mətbuat katibi onu da qeyd edib ki, məzuniyyət zamanı Paşinyan Tavuş və Armavir bölgələrinə səfər etməyi planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026