• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fillərdə insana bənzər özəllik - Bir-birini adı ilə çağırırlar

DÜNYA

16 Iyun 2024 | 10:45 | Müəllif: Subhan Mahmudov

Fillərdə insana bənzər özəllik - Bir-birini adı ilə çağırırlar

Alimlər fillərin insanlara bənzəyən başqa bir davranışını aşkar ediblər.

Bakıvaxtı.az xəbər verir ki, alimlərin apardığı araşdırma nəticəsində fillərin də bir-birini öz adları ilə çağırdığı məlum olub.

Kolorado Universitetinin tədqiqatçıları Keniyada fillərin 470 səsini, o cümlədən müxtəlif gurultu və uğultuları qeydə alıblar.

Mütəxəssislərdən ibarət qrup qeydə aldıqları səslərin hər birinin özünəməxsus olduğu qənaətinə gəlib. Daha sonra qeydə alınan səsi çoxlu fillər olan yerdə yenidən səsləndiriblər. Nəticədə həmin səsə uyğun gələn fil səsə reaksiya verib./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026