Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində leysan yağışlar və daşqınlar nəticəsində azı 35 nəfər ölüb, 250 nəfər yaralanıb.
Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, bu barədə regional informasiya və mədəniyyət departamentinin rəhbəri Kurişi Badlon məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakətlər vilayətin inzibati mərkəzi, Cəlalabad şəhəri, Surxrod rayonu və ətraf rayonlara ziyan vurub. Daşıqnlar nəticəsində qurbanların sayının artacağı gözlənilir.
Qeyd edək ki, may ayından Əfqanıstanda yağan güclü yağışlar və daşqınlar 400-dən çox insanın ölümünə və minlərlə insanın evsiz qalmasına səbəb olub.
Gülşən Şərif
















