• Bakı 20° C

    3.17 m/s

Beynəlxalq ictimaiyyət ikili standartlardan çəkinməlidir - BMT baş katibi

DÜNYA

21 Mart 2024 | 18:24 | Müəllif: Subhan Mahmudov

Beynəlxalq ictimaiyyət ikili standartlardan çəkinməlidir - BMT baş katibi

Ukrayna və Qəzza zolağında baş verən münaqişələrdə beynəlxalq ictimaiyyət BMT Nizamnaməsinə və beynəlxalq humanitar hüquqa uyğun prinsiplərə riayət etməli, həmçinin ikili standartlardan çəkinməlidir. 

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Aİ sammitində iştirak edən BMT-nin baş katibi Antonio Quterreş bildirib.

O qeyd edib ki, həm HƏMAS-ın oktyabrın 7-də törətdiyi terror aktı, həm də Qəzzada misli görünməmiş sayda qurbanlar pislənməlidir.

"Biz ikili standartlar olmadan həm Ukraynada, həm də Qəzzada prinsiplərə əməl etməliyik", - Quterreş deyib.

O, həmçinin qlobal çağırışlarla bağlı BMT ilə sıx əməkdaşlığa görə Avropa İttifaqına təşəkkür edib.

Bundan əvvəl BMT-nin baş katibi Qəzza zolağında ən azı 1,1 milyon insanın ərzaq ehtiyatlarının tükəndiyini və fəlakətli aclıq təhlükəsi ilə üzləşdiyini bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026