• Bakı 17° C

    4.03 m/s

Bərə körpüyə çırpıldı: 30-a yaxın insan yaralanıb

DÜNYA

20 Aprel 2024 | 16:18 | Müəllif: Gülşən Şərif

Bərə körpüyə çırpıldı: 30-a yaxın insan yaralanıb

İtaliyanın Kapri adası ilə Neapol arasında üzən bərə ötən gün Neapol limanının körpüsünə çırpılıb. 

Bakıvaxtı.az xəbər verir ki, toqquşma nəticəsində 30-a yaxın insan yaralanıb. O cümlədən 21 nəfər üz-çənə travması ilə xəstəxanaya yerləşdirilib, onlardan biri ağır vəziyyətdədir. İlkin ehtimallara görə, qəzaya səbəb “Isola di Procida” gəmisinın bağlanması zamanı küləyin əsməsi ola bilər. 

Gəmi doka çırpılıb və enməyə hazırlaşan bir çox insan yerə yıxılıb. İtaliyanın “RAI” televiziyası bildirib ki, gəmidə bir neçə yüz sərnişin, o cümlədən bir çox xarici turist olub. 

Hadisənin baş verdiyi Neapol limanındakı körpüdə yaralılara qulluq üçün təcili xəstəxana təşkil edilib. (azertac)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026