• Bakı 24° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Bəzi ərazilərdən sel keçir - Faktiki hava

CƏMİYYƏT

26 Iyun 2024 | 23:19

Bəzi ərazilərdən sel keçir - Faktiki hava

İyunun 26-sı saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qudiyalçayda suyun səviyyəsi 10, Vəlvələçayda 7, Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayda 7, Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançayda 47, Viləşçayda 33, Təngərüdçayda isə 2 sm artıb.

Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Bakıvaxtı.az-a bildirib ki, hazırda Oğuz rayonu ərazisindən axan Əyriçaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan və Qobustan rayonu ərazisindən axan Pirsaatçaydan sel keçir.


SON XƏBƏRLƏR

29 Iyun 2024