• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hərbçilər "İtalyan dili" kursundan məzun oldu

CƏMİYYƏT

26 Iyul 2024 | 20:17 | Müəllif: Subhan Mahmudov

Hərbçilər "İtalyan dili" kursundan məzun oldu

İyulun 26-da Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində “İtalyan dili” kursunun buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, əvvəlcə Hərbi İdarəetmə İnstitutunun rektoru vəzifəsini icra edən polkovnik Elnur Ələsgərli Azərbaycan və İtaliya arasında əməkdaşlığın tərkib hissəsi kimi digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. Keçirilən kursun əhəmiyyətindən danışan E.Ələsgərli kursu müvəffəqiyyətlə başa vuran hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.

Daha sonra İtaliya Respublikası Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi birinci dərəcəli kapitan Cianfranko Vizzini kursun təşkilində və tədbirin ərsəyə gəlməsində əməyi olan MMU-nun professor-müəllim və zabit heyətinə minnətdarlığını bildirib. Qeyd olunub ki, bu dilin öyrənilməsi ilə hərbi qulluqçularımız İtaliya Respublikasında keçiriləcək müxtəlif ixtisaslar üzrə kurslarda iştirak edib öz bilik və bacarıqlarını artıracaqlar.

Çıxışlar başa çatdıqdan sonra kurs iştirakçılarına sertifikatlar təqdim olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026