• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bəzi terror qruplarının arxasında İran dayanır - AÇIQLAMA

SİYASƏT

27 Mart 2024 | 14:49

Bəzi terror qruplarının arxasında İran dayanır - AÇIQLAMA

Məlum olduğu kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun həyatına sui-qəsd hazırlayan şəxs həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidməti məlumat verib ki, Rusiyada yaşayan Azərbaycan vətəndaşı Bəhruz Əskərov digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb. Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

Həmçinin B.Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

Eyni zamanda müəyyənləşdirilib ki, B.Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırıb. Lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Bakıvaxtı.az-a deyib ki, ümumiyyətlə DTX çox peşəkarcasına fəaliyyət göstərir və bir vətəndaş kimi qurumun fəaliyyəti ilə fəxr edir.

Onun sözlərinə görə, sui-qəsd və teraktların qarşısının alınması olduqca vacibdir, çünki terror hadisələrinin nəticələri istənilən dövlət üçün ağır fəsadlara yol açır:

"Lənkəran icra başçısının hədəfə götürülməsinin arxasında başqa maraqlar durur. Cənub bölgəsində ən böyük rayon Lənkərandır. İcra başçısı Taleh Qaraşov Lənkəranda İranın təsirini kifayət qədər azalda bilmişdi. Uzun müddət bölgə bütünlüklə İran mollalarının təsiri altında idi. Taleh Qaraşov başçı təyin olunandan sonra mollaların əl-ayağı yığışdırılmağa başladı. Ona görə də Lənkəranın başçısının adı "qara siyahı"ya düşmüşdü. Görünür, diqqəti əsas hədəfdən yayındırmaq, məsələni başqa yönə çəkmək üçün ABŞ vətəndaşını da öldürməyi planlayıblar. Məqsəd Azərbaycanda qarışıqlıq yaratmaq və bu sahədə istəklərinə nail olmaq olub".

Müsahibimiz ölkəmizdə fəaliyyət göstərən bəzi terror qruplarının arxasında İranın dayandığını vurğulayıb:

"Maraqlıdır ki, özünü "Talış Muğan Respublikası"nın "prezidenti" kimi təqdim edən Barış Talışinski adlı şəxs martın 10-15-i arası Tehranda, Rəştdə ali təhsil ocaqlarında olub, müxtəlif görüşlər keçirib. Onu İranda "ölkə başçısı" kimi qəbul ediblər, xüsusi qarşılayıblar. Bu da İranın Azərbaycana qarşı növbəti təxribatıdır. O baxımdan DTX-nın ifşa əməliyyatları və şəbəkə üzvlərini yaxalaması çox önəmlidir”.

Cümşüd Nuriyev: Taleh Qaraşov başçı təyin olunandan sonra mollaların əl-ayağı yığışdırılmağa başladı

C.Nuriyevə görə, yəqin ki, yenə həbs edilənlər olacaq:

“Nəzərə alaq ki, heç bir dövlət teraktlardan sığortalanmayıb. İran isə dünyada terrorla dövlət səviyyəsində məşğul olan ölkələrdən sayılır".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Aprel 2024