• Bakı 12° C

    12.45 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

"NATO müttəfiqləri Ukraynaya vəd etdikləri dəstəyi göstərməyib"

SİYASƏT

26 Aprel 2024 | 13:48

NATO müttəfiqləri Ukraynaya vəd etdikləri dəstəyi göstərməyib

"Ukraynanın qələbəsi üçün hələ gec deyil, lakin müttəfiqlər sürətini artırmalıdır".

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O, açıqlamasında müttəfiqləri Ukraynaya hərbi dəstəyin çatdırılmasını sürətləndirməyə çağırıb.

"ABŞ Konqresi bu yaxınlarda Ukraynaya yardım üçün əlavə maliyyə ayrılmasını təsdiqləyib. NATO-nun digər üzvləri, o cümlədən Britaniya, Almaniya və Hollandiya da yeni yardım paketləri elan ediblər. İndi bizim məsuliyyətimiz bu öhdəlikləri qısa zamanda real silah və sursat tədarükünə çevirməkdir". - deyə Stoltenberq qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

06 May 2024