• Bakı 13° C

    14.13 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Biləsuvarda Əmək yarmarkası keçirildi - FOTOLAR 

CƏMİYYƏT

24 Aprel 2024 | 21:51

Biləsuvarda Əmək yarmarkası keçirildi - FOTOLAR 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Biləsuvar şəhərində Əmək yarmarkası təşkil olunmuşdur.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki,  yarmarka Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən 24 aprel 2024-cü il tarixində Biləsuvar şəhərində 18 işəgötürənlə birgə təşkil olunmuşdur. 

Tədbirdə Agentliyin, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və  əməkdaşları iştirak etmişdir. İşəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilmiş,  işsiz və işaxtaran şəxslərə 150 boş iş yerləri  (əməkhaqqı 350-1200 manat aralığına) təqdim olunmuşdur.  

Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 484 vətəndaşla iş aparılmış, uyğun namizədlər tədbirə cəlb edilmişdir. Cəlb edilmiş şəxslər sirasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almaqdadır.       

İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş,  uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024