• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Biləsuvarda bullinqə məruz qalan şagird özünü öldürdü - DETALLAR

HADİSƏ

10 Fevral 2025 | 17:05

Biləsuvarda bullinqə məruz qalan şagird özünü öldürdü - DETALLAR

Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.

Bakıvaxtı.az Oxu.Az-a istinadla xəbər verir ki, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub.

Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib. Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.

Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.

17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

11 Mart 2025