• Bakı 27° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Bilgəhdə zibilliyə çevrilmiş çimərlik təmizlənib

CƏMİYYƏT

10 Iyul 2025 | 13:46

Bilgəhdə zibilliyə çevrilmiş çimərlik təmizlənib

Bilgəhdə zibilliyə çevrilmiş ictimai çimərliklərdən biri tullantılardan təmizlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən bildirilib.

Məlumata əsasən, ərazi tam təmizlənilərək təhvil verilib:

"Bakı Şəhər və Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin departamentinin işçiləri ərazidə təmizləmə işləri aparıblar. Ərazi tam təmizlənib və təhvil verilib. Vətəndaşlardan təmizliyə riayət etmələrini xahiş edirik".

Qeyd edək ki, sosial şəbəkələrdə Bilgəhdə yerləşən "Daçnik" adı ilə tanınan ictimai çimərliklərdən birinin zibilliyə çevrilməsinin görüntüləri yayılıb.


SON XƏBƏRLƏR

10 Iyul 2025