• Bakı 18° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.0859

Binədə sənədləri olmayan torpaqları sataraq dələduzluq edənlər saxlanılıblar

CƏMİYYƏT

07 May 2025 | 15:07

Binədə sənədləri olmayan torpaqları sataraq dələduzluq edənlər saxlanılıblar

Binə qəsəbəsində sənədləri olmayan torpaqları vətəndaşlara sataraq dələduzluq edənlər saxlanılıblar.

Bakıvaxtı.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Binə qəsəbəsində müvafiq sənədləri olmayan torpaq sahələrinin satışını həyata keçirən, eləcə də tikintiyə razılıq alacaqları vədi ilə insanların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədən 46 yaşlı Zaman Babayev və 48 yaşlı Bərxudar Səmədov saxlanılıblar.

Bu şəxslər qabaqcadan əlbir olaraq sənədləri olmayan torpaqları müxtəlif şəxslərə sataraq ümumulikdə zərərçəkənlərə 154 800 manat məbləğində maddi ziyan vurublar.


SON XƏBƏRLƏR

07 May 2025