• Bakı 18° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Bir neçə ölkənin rəhbəri Rusiyaya səfər edə bilər

DÜNYA

01 May 2022 | 20:52

Bir neçə ölkənin rəhbəri Rusiyaya səfər edə bilər

“Braziliya prezidenti Jair Bolsonaro Ukraynadakı vəziyyəti həll etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir sıra dövlətlərin liderlərinin Rusiyaya səfərini təşkil etməyə hazır olduğunu açıqlayıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası ölkələrinə turnesindən sonra bildirib.

“Venesuela Rusiya ilə yaxşı münasibətdədir. Həm Braziliya, həm də Venesuela bildiriblər ki, müharibə dayandırılmalıdır. Braziliya prezidenti bildirib ki, prezident Ərdoğan üçün faydalı olarsa, bir sıra ölkələrin liderləri ilə Moskvaya birgə səfər təşkil edə bilər.

Bu səylərə öz töhfəmizi vermək istədiyimizi bildirdik. Biz bu məsələnin üzərində işləyəcəyik və cavab verəcəyik”, - XİN rəhbəri bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026