• Bakı 22° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Ukrayna Ombudsmanı vəzifəsindən uzaqlaşdırıldı

DÜNYA

31 May 2022 | 18:01

Ukrayna Ombudsmanı vəzifəsindən uzaqlaşdırıldı

Ukrayna Ali Radası İnsan Haqları Müvəkkili (Ombudsman) Lyudmila Denisovanı vəzifəsindən uzaqlaşdırıb.

Bakıvaxtı.az-ın “Ukranews.com”a istinadən xəbərinə görə, parlamentdə keçirilən səsvermədə 234 deputat qərarın lehinə səs verib.

Qərarın qəbul edilməsi üçün minimum 226 səsə ehtiyac olub.

Lyudmila Denisova 2018-ci ildə Ombudsman vəzifəsinə təyin edilib. Bundan öncə o, 8-ci çağırış Ukrayna parlamentinin üzvü olub.

"Xalqın Xidmətçisi" partiyasından olan deputat Pavlo Frolovun sözlərinə görə, Lüdmila Denisovanın vəzifəsindən uzaqlaşdırılmasının səbəbi müharibə başlayandan bəri səlahiyyətlərindən istifadə edərək humanitar dəhlizlərin təşkil olunması, əsirlərin qorunması və dəyişdirilməsi, işğal edilmiş ərazilərdən insanların deportasiyasının qarşısının alınması ilə bağlı kifayət qədər fəaliyyət göstərməməsi olub.

Frolov bildirib ki, bu vəzifələri əsasən Baş nazirin müavini İrina Vereşçuk həyata keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR