• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

“Rusiya ilə Çinin təhdid olduğunu bəyan etdik” - Bayden

DÜNYA

30 Iyun 2022 | 17:22

“Rusiya ilə Çinin təhdid olduğunu bəyan etdik” - Bayden

Müharibə başlamazdan qabaq mən Prezident Putinə dedim ki, əgər Ukraynaya hücum etsəniz NATO təkcə güclənməyəcək, həm də daha da birləşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden NATO-nun Madrid Sammitinin yekunlarına dair brifinqdə bildirib.

“Bu sammit bizim müttəfiqliyimizi daha da gücləndirmək, gələcək təhdidlərə qarşı hazır olmaqla bağlı idi. Sonuncu dəfə 2010-cu ildə NATO öz konsepsiyasında Rusiyanı strateji tərəfdaş kimi xarakterizə etmişdi və həmin konsepsiyada Çinlə bağlı bir cümlə belə yox idi. Dünya o vaxtdan bəri çox dəyişib və buna uyğun olaraq NATO da dəyişir.

Ancaq bu sammitdə biz Rusiya ilə Çinin təhdid və problem olduğunu bəyan etdik, eyni zamanda, uzun illər neytrallıq kursunu saxlamış iki ölkəni İsveç və Finlandiyanı üzvlüyə dəvət etdik. Bu, tarixi qərar idi”, - ABŞ lideri vurğulayıb.


SON XƏBƏRLƏR

18 Mart 2024