• Bakı 24° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Avropada meymunçiçəyindən ilk ölüm!

DÜNYA

30 Iyul 2022 | 11:48

Avropada meymunçiçəyindən ilk ölüm!

Son zamanlar Afrikadan digər ölkələrə sürətlə yayılmağa başlayan meymunçiçəyi virusu səbəbindən Nigeriyada ilk insan itkisi mayın 30-da baş verib. O vaxtdan bəri dünyanın bir çox fərqli qitələrində və ölkələrində meymunçiçəyi aşkar edildi və nəhayət, keçən həftə ÜST tərəfindən "qlobal fövqəladə vəziyyət" elan edilmişdi. AFP-nin son xəbərinə görə, Avropada meymunçiçəyi xəstəliyindən ilk ölüm İspaniyada baş verib.

Bakıvaxtı.az xəbər verir ki, İspaniyadan sonra Braziliya meymunçiçəyi xəstəliyinin ölümlə nəticələndiyini bildirdi və beləliklə, Afrika qitəsindən kənarda virusa bağlı ölümlər baş verməyə başladı. Səhiyyə Nazirliyinin fövqəladə hallar və xəbərdarlıq koordinasiya mərkəzinin məlumatına görə, İspaniya virusa yoluxmuş 4298 nəfərlə dünyanın virusdan ən çox təsirlənən ölkələrindən biridir. 

Mərkəzi hesabatda deyilir ki, "Mövcud məlumatlara əsasən, 3,750 meymunçiçəyi xəstəsindən 120 nəfər yoluxan xəstəxanaya yerləşdirilib (3,2 faiz). Bir nəfər isə ölüb”. 

Mütəxəssislər meymunçiçəyi ilə bağlı elmi araşdırmaları sürətləndiriblər. Braziliyada yerli rəsmilər dünən bildiriblər ki, 41 yaşlı kişi meymun xəstəliyindən ölüb. Yerli medianın immun sistemində ciddi problemləri olduğunu bildirdiyi bu adam cümə axşamı Minas Gerais əyalətinin cənub-şərqində yerləşən Belo Horizonte şəhərində vəfat edib. Səhiyyə Nazirliyindən verilən açıqlamada həmin şəxsin “digər ağır şərtlərlə xəstəxanada müalicə olunduğu” bildirilib. Minas Gerais səhiyyə katibi Fabio Baccheretti xəstənin xərçəng olduğunu da əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026