İranın Məşhəd hava limanından İraqa uçan təyyarə təcili eniş edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb. Məlumata görə, bu gün saat 6:00-da Məşhəddən İraqın Nəcəf şəhərinə uçan, "ATA" şirkətinə məxsus təyyarənin havaya qalxdıqdan sonra təkəri partlayıb. Pilot təhlükəsizlik problemlərinə görə Məşhəd hava limanına geri dönüb.
Sərnişinlər təxliyə edilib. 168 sərnişin və uçuş heyətinin hamısı təyyarəni təhlükəsiz şəkildə tərk edib.
















