• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

"Türkiyə ilə F-16 qırıcıları məsələsini həll etməliyik" - Bayden

DÜNYA

30 Iyun 2022 | 17:43

Türkiyə ilə F-16 qırıcıları məsələsini həll etməliyik - Bayden

“Türkiyə ilə F-16 qırıcılarının modernləşdirilməsi məsələsini həll etməliyik. Bunu etməmək bizim marağımızda deyil. Bu mövzuda dekabrdan bəri mövqeyimi dəyişməmişəm”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Bunu etmək üçün Konqresin təsdiqinə ehtiyacımız var. Bu təsdiqi də alacağımızı düşünürəm”, - dövlət başçısı qeyd edib.

Xatırladaq ki, NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Baydena arasında görüş olub. Danışıqlar zamanı ABŞ liderinin həmkarına F-16 ilə bağlı sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib. Söhbət 40 yeni “F-16 Block 70” qırıcısından və Türkiyənin mövcud təyyarələrinin təkmilləşdirilməsi üçün 80-ə yaxın komplektdən gedir.


SON XƏBƏRLƏR

18 Mart 2024