• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

"Rusiya dialoqa açıqdır" - Putin

DÜNYA

30 Iyun 2022 | 15:24

Rusiya dialoqa açıqdır - Putin

Rusiya bunda maraqlı olan hər kəslə münasibətləri inkişaf etdirir, Moskva strateji sabitlik və nüvə silahlarının yayılmaması ilə bağlı dialoqa açıqdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin X Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun iştirakçılarına müraciətində bildirib.

"Rusiyanın beynəlxalq məsələlərdə gündəliyi həmişə konstruktiv olub və konstruktiv olaraq qalır. Biz bunda maraqlı olan hər kəslə çoxqütblü münasibətləri inkişaf etdiririk, BMT, G20, BRİKS, ŞƏT və digər birliklərdə əməkdaşlığa böyük əhəmiyyət veririk", - deyə Rusiya prezidenti vurğulayıb.

Putin qeyd edib ki, Rusiya strateji sabitliyin təmin edilməsi, kütləvi qırğın silahlarının yayılmaması rejimlərinin saxlanması, silahlara nəzarət sahəsində vəziyyətin yaxşılaşdırılması üzrə dialoqa açıqdır: "İqlim gündəmi, aclıqla mübarizə, ərzaq və enerji bazarlarının sabitliyinin təmin edilməsi, beynəlxalq ticarət və rəqabət üçün ədalətli qaydalar kimi həyati vacib mövzularda səylərimizi birləşdirməyi hədəfləyirik”.


SON XƏBƏRLƏR

28 Mart 2024