Avqust ayının 14-dən saat 15 rqdələrində Ağstafa Rayon Polis Şöbəsinə Kür çayının rayonun Saloğlu qəsəbəsindən keçən hissəsində bir nəfərin batması ilə bağlı məlumat daxil olub.
Bu barədə Bakıvaxtı.az-a DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Qeyd edib ki, pPolis əməkdaşları həmin əraziyə gələrək müvafiq araşdırmalar həyata keçirib. İlkin araşdırmalar nəticəsində batan şəxsin 1968-ci il təvəllüdlü Ağstafa rayon Soyuqbulaq qəsəbə sakini Rasim Şıxıyev olması müəyyən edilib. Hazırda digər qurumların əməkdaşları ilə şəxsin axtarış-xilasetmə tədbirləri davam etdirilir.
***18:33
Ağstafada kürdə batan var.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Kür çayının rayonun ərazsindən keçən hissəsində baş verib.
Belə ki, rayonun Saloğlu kəndində bir nəfərin Kür çayında batması ilə bağlı FHN-ə məlumat verilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara əraziyə cəlb olunub.