• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Birinci Qarabağ müharibəsinin şəhidi Ramiz Mahmudov dəfn edilib - YENİLƏNİB

CƏMİYYƏT

01 Noyabr 2024 | 16:02

Birinci Qarabağ müharibəsinin şəhidi Ramiz Mahmudov dəfn edilib - YENİLƏNİB

Tərtər rayonunun Seysulan kəndində naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ramiz Mahmud oğlu Mahmudovla Zaqatala rayonunun Aşağı Tala kəndində keçirilən vida mərasimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi Aşağı Tala kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Zaqatala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, bu rayonların hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

15:47

Tərtər rayonunun Seysulan kəndində naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ramiz Mahmud oğlu Mahmudovun meyitinin qalıqları Zaqatala rayonunun Aşağı Tala kəndinə gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Ramiz Mahmud oğlu Mahmudov 1975-ci il iyulun 11-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. O, 1994-cü il aprelin 26-da Tərtər rayonunun Seysulan kəndi istiqamətində itkin düşüb.

R.Mahmudov Ağaşı Tala kənd qəbiristanlığında dəfn olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026