Bakının Binə qəsəbəsində görüntü insanları dəhşətə gətirir.
Bakıvaxtı.az bildirir ki, sakinlər tullantıları küçələrə və su kanallarına atırlar. Nəticədə natəmizlik və pis qoxu ətrafda hökm sürür.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Sözügedən məsələni araşdırmaq üçün "ATV Xəbər" həmin ünvana üz tutub. Təsdiqini tapan məsələ zibil qutularının olmaması ilə daha çox əlaqələndirilir. Sakinlər deyir ki, hər gün kanal təmizlənsə də, eyni məzərə dəfələrlə təkrarlanır.
Binə qəsəbəsinin Bələdiyyəsindən "Atv"yə bildirilib ki, əraziyə qoyulan zibil qutularının sayı daha da artılacaq.