• Bakı 20° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Birlikdə yaşadığı şəxs 2 yaşlı oğlunu ölümcül şəkildə döydü

HADİSƏ

28 Sentyabr 2024 | 22:46

Birlikdə yaşadığı şəxs 2 yaşlı oğlunu ölümcül şəkildə döydü

Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Kərimova Kəmalə Azər qızı polisə müraciət edərək, azyaşlı övladı, 2022-ci il təvəllüdlü Kərimov Turqut Ehtiram oğlunun Ağcabədi şəhər sakini, 1998-ci il təvəllüdlü Qasımov Şirin İlqar oğlu tərəfindən döyülərək xəsarət yetirdiyini bildirib. 

Bakıvaxtı.az "Unikal"a istinadən  xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə bildirib. 

Azyaşlıya Göygöl Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib və Gəncə şəhər Uşaq cərrahiyə şöbəsinə göndərilib. 

Faktla bağlı Göygöl Rayon Polis şöbəsində cinayət işi başlanılıb, hadisəni törədən şəxs həsb olunub.

Məlum olub ki, 2 yaşlı uşağı döyən Şirin Qasımov ananın qeyri-rəsmi yaşadığı şəxs olub və hadisəni törədən zaman içkili vəziyyətdə olub. Onlar birlikdə müvəqqəti Göygöl rayonunda yaşayırmışlar. 


SON XƏBƏRLƏR

28 Sentyabr 2024