• Bakı 22° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Rusiya Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif etdi

HADİSƏ

28 Oktyabr 2024 | 18:28 | Müəllif: Subhan Mahmudov

Rusiya Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif etdi

Rusiya İstintaq Komitəsinin sədri Bakıda Rus Dram Teatrının keçmiş aktyoru İosif Tkaç və həyat yoldaşı Lyudmila Tkaçın qətlinin araşdırılması ilə əlaqədar Azərbaycan həmkarları ilə əməkdaşlığın təşkil edilməsini tapşırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya İstintaq Komitəsi ilə Azərbaycan Baş Prokurorluğu arasında imzalanmış ikitərəfli sazişləri və səmərəli əməkdaşlığı nəzərə alaraq, Komitə sədri hüquqi təminat və beynəlxalq əməkdaşlıq departamentinə qarşılıqlı fəaliyyətin təşkili barədə göstəriş verib. Azərbaycanlı həmkarlara cinayət işinin araşdırılmasında mümkün köməklik təklif edilir”, - məlumatda bildirilir.

Xatırladaq ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026