• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Biz yolkəsən yox, yoltikən ölkəyik" - Əli Məsimli

SİYASƏT

16 Dekabr 2022 | 11:20 | Müəllif: Qalib İbrahimoğlu

"Biz yolkəsən yox, yoltikən ölkəyik" - Əli Məsimli

"Azərbaycan Ermənistanın öz havadarları ilə birlikdə minalanmış ərazilərimizi işğaldan azad edib, o torpaqları sülh və əmin-amanlıq yerinə çevirib".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinin başa çatmasına baxmayaraq, ermənilərin hərbi cinayətləri hələ də davam edir: "Azərbaycan xalqı hələ də seperatçı hücumlarla qarşılaşır. Bizim təbii sərvətlərimizin talan olunduğu torpaqlarımızda aksiya keçirməyimizi haqlı hesab edirəm. Bunu beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Biz beynəlxalq təşkilatlara bildirməliyik ki, yolkəsən yox, yoltikən, regiona sülh və əmin-amanlıq gətirən ölkəyik".

Ə.Məsimli qeyd edib ki, Laçın-Şuşa yolunda ilk dəfə keçirilən aksiya sülhməramlıların fəaliyyətinə narazılığımızın ifadəsidir.

"Sülhməramlılar üçtərəfli bəyanatda qeyd edilən müddəaları pozub öz missiyasını yerinə yetirə bilmədiklərinə görə, gömrük və sərhəd postlarının qurulmasını tələb etməliyik”, - deyə deputat əlavə edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026