• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Leyla Abdullayeva etimadnaməsini Emmanuel Makrona təqdim etdi

SİYASƏT

14 Yanvar 2023 | 13:35

Leyla Abdullayeva etimadnaməsini Emmanuel Makrona təqdim etdi

Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, Fransa Prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Fransanın Azərbaycana dost ölkə olduğunu bildirən E.Makron deyib ki, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağındadır.

Səfir Leyla Abdullayeva Azərbaycanın bölgədə sülhün bərqərar edilməsində ən maraqlı ölkə olduğunu və sülh gündəliyini təşviq etdiyini bildirib. Bu gündəliyin dəstəklənməsinin vacibliyinə toxunub.

Görüşdə Azərbaycanla Fransa arasındakı münasibətlər və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.


Leyla Abdullayeva etimadnaməsini Emmanuel Makrona təqdim etdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026