• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Prezident: Mingəçevir Elektrik Stansiyasının 8 bloku qısa müddət ərzində yenidən qurulub

SİYASƏT

13 Fevral 2023 | 11:45

Prezident: Mingəçevir Elektrik Stansiyasının 8 bloku qısa müddət ərzində yenidən qurulub

İllər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.

Qısa müddət ərzində artıq 8 blokun tamamilə yenidən qurulduğunu və istifadəyə verildiyini diqqətə çatdıran dövlət başçısı deyib: “Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Onu da bildirməliyəm ki, bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi deməkdir”.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026