• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Laçın-Xankəndi yolu: Aksiya 94 gündür davam edir

SİYASƏT

15 Mart 2023 | 08:57 | Müəllif: Qalib İbrahimoğlu

Laçın-Xankəndi yolu: Aksiya 94 gündür davam edir

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirdikləri dinc etiraz aksiyası davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün aksiyanın 94-cü günüdür. 

Aksiya gecə saatlarında da davam etdirilib. İştirakçılar həmişə olduğu kimi, bu gün də səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Aksiyanın tələb və şüarları dəyişməz olaraq qalır. Belə ki, aksiya iştirakçıları Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edirlər.  Aksiyada "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirilir.

Qeyd edək ki, Laçın-Xankəndi yolu aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR