• Bakı 13° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

"Xırda problemləri böyütmək lazım deyil" - Spiker - YENİLƏNİB

SİYASƏT

27 Noyabr 2024 | 12:30

Xırda problemləri böyütmək lazım deyil - Spiker - YENİLƏNİB

"Hörmətli Səyyad müəllim, problemlər xırdadırsa, onu böyütmək lazım deyil".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

"Səyyad müəllim, sizin sözünüzdən elə başa düşdüm ki, siz elə bilirsiniz mən burada heç kimi danışmağa qoymuram. Xeyr! Burada oturan mənim çox hörmətli həmkarlarım var. Ən azı keçən 5 ildə çox yaxşı bilirlər ki, mən heç kimin sözünü heç vaxt kəsmirəm. Əgər kəsirəmsə, mən üzr istəyirəm. Tərbiyəm belədir. Burada suallarınıza özünüz elə cavab verdiniz". 

Onun sözlərinə görə, bunu burada biz müzakirə edəndə hökumətin, dövlətin etdiyi işlər haqqında danışmaq lazımdır. 

"Biz xalqı təmsil edirik. Burada isə bəziləri çıxış edəndə elə çıxış edirlər ki, guya onların seçiciləri bu gün bu ölkəyə qarşıdır. Görülən işlər haqqında danışılmır. Bu qədər işlər görülür. Əlbəttə çatışmazlıqlar var. İş olan yerdə problem də olacaq. Deputat bunu elə formada çatdırsın ki, camaata da çalxalanma salmasınlar. Siz dünən deyirsiniz ki, bəzi hökumət üzvləri elə edir ki, elə bil qəsdən edirlər, bəzi şeyləri düzgün etmçirlər. Bu kim üçün deyilir?! Hansı tərəflərin sözüdür bu? Ona görə də hər bir sözün arxasında ya faktlar durmalıdır, ya da dərin bir məntiq olmalıdır. Bunu tək sizə demirəm. Bu dəqiqə bunu hamıya deyirəm. Bunu hamıya deyirəm. Bu sahədə çox böyük işlər görülür. Hesabatlar var, onlara baxın. Dəfələrlə nazir gəlib burada çıxış edib, suallara cavab verib. Yenə də heyvanlardan danışırlar. Yenə də deyirlər sağlam heyvanlar verilmir. Kimsə deyir ki, kiminsə gedib soyuducusunu yoxlayırlar, qazanını yoxlayırlar. Xahiş edirəm danışanda fikir verin. Burada hmıya danışmağa imkan verirəm. Mən 30 dəqiqəni ənənə etmişəm”.

***

12:05

"Hörmətli Sahibə xanım, inkişafımız hər kəsin gözünün qarşısındadır. Videolar var ki, orada dronla gözəl görüntüləri görürük və biz bu inkişafın içərisindəyik deyə bizə adi gəlir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Salahlı spiker Sahibə Qafarovanın deputatlara bildirdiyi "Müsbət sosial işlərdən danışmırsınız" iradına münasibət bildirərək deyib.

Onun sözlərinə görə, deputatlar parlamentdə məsələləri qaldırırlar ki, müəyyən nazirliklər də bu istiqamətdə işlər görsün:

"Bizim səsləndirdiyimiz fikirlər düşmən gözü çıxardan problemlərdir".

Mina Mikayılova

 

 


SON XƏBƏRLƏR