• Bakı C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.7694

    RUB - 1.6958

Diplomatik xidmət stajının hesablanması qaydası məlum olub

SİYASƏT

27 Dekabr 2024 | 11:30

Diplomatik xidmət stajının hesablanması qaydası məlum olub

Diplomatik xidmət əməkdaşının diplomatik xidmət stajının hesablanması qaydası məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət əməkdaşının diplomatik xidmət stajına aşağıdakı dövrlər daxildir:

-diplomatik xidmət orqanlarında diplomatik vəzifələrdə xidmət dövrü;

-diplomatik xidmətə qəbul olunarkən staj və sınaq dövrləri;

-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında əlavə təhsil dövrü;

-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olma və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılma dövrləri.

Diplomatik xidmət orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya dövlət qulluğunun digər xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların diplomatik xidmət stajı həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir. Dövlət qulluğunda və ya dövlət qulluğunun digər xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər diplomatik xidmət orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri diplomatik xidmət stajına daxil edilir.

Layihə III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

27 Dekabr 2024