• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Bizim yanımızda olduğunuz üçün təşəkkür edirik” - Zelenski

DÜNYA

11 Iyul 2022 | 22:43

“Bizim yanımızda olduğunuz üçün təşəkkür edirik” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfər edən Niderlandın Baş naziri Mark Ryutte ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, Zelenski Niderlandın Ukraynaya müdafiə dəstəyi baxımından ilk on tərəfdaşdan biri olduğunu bildirib. 

“Bizim yanımızda olduğunuz üçün təşəkkür edirik”, - deyə Zelenski qeyd edib.

Görüşdə ərzaq təhlükəsizliyi, enerji, hərbi yardım, Rusiya Federasiyasına qarşı sanksiyalar və Ukraynanın müharibədən sonra bərpası məsələləri müzakirə edilib.

Qeyd edək ki, Niderland Ukraynaya dəyəri 170 milyon avrodan çox yeni hərbi yardım paketi köçürüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026