• Bakı 21° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Almaniya Ukraynaya daha 4 “Gepard” verdi

DÜNYA

10 Avqust 2022 | 21:02

Almaniya Ukraynaya daha 4 “Gepard” verdi

Almaniya Ukraynaya daha 4 “Gepard” özüyeriyən zenit qurğusu və onlar üçün təxminən 50 min sursat təhvil verib.

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında məlumat verilib.

Qeyd olunub ki, Almaniyanın Ukraynaya verdiyi “Gepard”ların ümumi sayı 12-yə çatıb.

Qeyd edək ki, ötən həftə Almaniya Ukrayna Silahlı Qüvvələrinə həmçinin 10 yüksəkmobilli, çoxməqsədli təkərli nəqliyyat vasitəsi, 3 zirehli təmir-təxliyə maşını, 8 pilotsuz uçuş aparatları ilə mübarizə qurğusu, 8 mobil yerüstü radar və termal görüntüləmə aparatı və dərmanlar üçün bir neçə soyuducu verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR