• Bakı 16° C

    2.11 m/s

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü  təsdiqləndi

DÜNYA

09 Sentyabr 2022 | 17:46

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü təsdiqləndi

NATO-nun 30 ölkəsindən 24-ü İsveç və Finlandiyanın Alyansa üzvlüyü ilə bağlı protokolu ratifikasiya edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

O deyib ki, hələ də bu məsələdə Alyansla Türkiyə arasında fikir ayrılığı var: “Lakin biz bu fikir ayrılığını aradan qaldırmağa çalışırıq”.

Qeyd edək ki, iyun ayında NATO-nun Madriddə keçirilən sammitində İsveç və Finlandiyanın Alyansa üzv qəbul olunması barədə razılıq əldə edilib. Rəsmi Ankara dəfələrlə bəyən edib ki, İsveç və Finlandiyada sığınacaq tapan terrorçular Türkiyəyə təhvil verilməsə protokolları təsdiqləməyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026