• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“ABŞ neft ehtiyatlarını manipulyasiya etməyə çalışır” - Peskov

DÜNYA

09 Oktyabr 2022 | 16:12 | Müəllif: Subhan Mahmudov

“ABŞ neft ehtiyatlarını manipulyasiya etməyə çalışır” - Peskov

“Amerika Birləşmiş Ştatları öz qərarlarını nəyin bahasına olursa olsun həyata keçirmək istəyir, neft ehtiyatlarını manipulyasiya etməyə çalışır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqtonun belə bir oyunu yaxşı heç nə ilə nəticələnməyəcək:

“Onlar daha çox bazara çıxarmaqla öz neft ehtiyatlarını manipulyasiya etməyə çalışırlar. Əslində belə oyun yaxşı heç nəyə gətirib çıxarmayacaq. ABŞ istənilən yolla, hətta dünya enerji bazarında sabitliyi pozmaq bahasına olsa da, öz planlarına nail olmaq niyyətindədir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026