• Bakı 24° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İlin ikinci və sonuncu Ay tutulması başladı

DÜNYA

08 Noyabr 2022 | 12:04

İlin ikinci və sonuncu Ay tutulması başladı

İlin ikinci Ay tutulması başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, saat 12:02-də yarımkölgəli, 13:09-da qismən, saat 14:16-da isə tam tutulma olacaq.

Tutulmanın maksimumu saat 14:59-a təsadüf edəcək. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatacaq.

İlin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissəsindən müşahidə etmək mümkün olacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi Bakıda görünməyəcək, yalnız son 25 dəqiqə (17:31-17:56) müddətində şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkündür. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026