• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Perunun keçmiş prezidenti 20 ilə qədər həbs oluna bilər

DÜNYA

08 Dekabr 2022 | 09:00 | Müəllif: Qalib İbrahimoğlu

Perunun keçmiş prezidenti 20 ilə qədər həbs oluna bilər

Perunun eks-prezidenti Pedro Kastilyo üsyanı təşkil etməkdə ittiham olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "El Comercio" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Pedro Kastilyo hazırda polis tərəfindən saxlanılıb və bir sıra cinayətlər törətməkdə ittiham olunaraq 10 sutka müddətinə istintaq təcridxanasına yerləşdirilib. Bunlardan ən ciddisi üsyanı təşkil etmək cəhdidir (Peru Cinayət Məcəlləsinin 346-cı maddəsi), buna görə 10 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulur.

Bundan başqa, keçmiş dövlət başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai asayişi pozmaqda ittiham olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR