Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qırğızıstana paytaxtı Bişkek şəhərinə səfəri təxirə salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda Qırğızıstanın XİN-in mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, səfərin tarixi sonraya keçirilib. “Dəqiq tarix məlum deyil, lakin dekabrın sonuna kimi səfər baş tutacaq”, - deyə açıqlamada deyilir.
Səfərin hansı səbəbdən təxirə salınması barədə açıqlama verilməyib. İki ölkə başçısının arasında aparılan danışıqlardan sonra səfərin təxirə salınması barədə qərar qəbul edilib.
“Bişkekdə dekabrın 9-da keçiriləcək Avrasiya İqtisadi Birliyinin (AİB) sammitində Özbəkistanın Baş naziri Abdulla Aripovun iştirakı nəzərdə tutulur”, - Nazirlik əlavə edib.
















