Ağ Evin sözçüsü Karine Jean-Pierre ABŞ-ın Ukraynaya 3 milyard dollarlıq hərbi yardım paketi təqdim edəcəyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ-dan Ukraynaya bu günə qədər ən böyük yeni hərbi yardım paketinin ediləcəyi açıqlanıb.
Ağ Evin sözçüsü Karine Jean-Pierre "Müharibə kritik bir məqamdadır və biz ukraynalılara Rusiyanın təcavüzünə müqavimət göstərmək üçün əlimizdən gələni etməliyik" deyib.
Vaşinqton və Berlin əvvəlki gün ABŞ-dan Bradleys və Almaniyadan Marders də daxil olmaqla zirehli texnika təmin edəcəklərini açıqlasalar da, təfərrüatları açıqlamayıblar.
Aytac Aslan
















