Konqo Demokratik Respublikasında Birləşmiş Millətlər Təşkilatının (BMT) helikopterinə hücum olub.
Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfərsə yaralanıb.
İnsidentin detalları barədə məlumat verilməyib.
Həmçinin, hücuma görə hələ ki heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.
















