• Bakı 20° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Ərdoğan və Bayden bu tarixdə görüşə bilər

DÜNYA

09 Sentyabr 2022 | 17:15

Ərdoğan və Bayden bu tarixdə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabr ayı ərzində ABŞ-a səfər edə bilər.

Bakıvaxtı.az “Röyters”ə istinadən xəbər verir ki, o, Vaşinqtonda ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

Liderlərin Ukraynadakı müharibəni, Türkiyə-Rusiya arasındakı münasibətləri, Suriyadakı durumu müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, daha əvvəl həm C.Baydenin, həm də R.T.Ərdoğanın sentyabrın 18-də Britanayaya səfər edərək kraliça II Yelizabetin dəfn mərasimində iştirak edə biləcəkləri barədə məlumat yayılmışdı.

Qeyd edək ki, R.T.Ərdoğan və C.Bayden sonuncu dəfə iyun ayında, İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammiti çərçivəsində bir araya gəlmişdilər. 

Aytac Aslan  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR