• Bakı C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

Blinken ukraynalı həmkarı ilə Kiyevə silah tədarükünü müzakirə edib

DÜNYA

30 Noyabr 2024 | 01:25

Blinken ukraynalı həmkarı ilə Kiyevə silah tədarükünü müzakirə edib

ABŞ-nin dövlət katibi Antoni Blinken və Ukraynın xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.

Blinken qeyd edib ki, Vaşinqtonun Kiyevə yardımı davam edəcək. Onun sözlərinə görə, bu, qış fəsli başlamazdan əvvəl xüsusilə vacibdir.

Dövlət katibi, həmçinin Amerika hakimiyyətinin Ukraynada suverenlik və demokratiyanı dəstəkləmək, habelə BMT Nizamnaməsinin prinsipləri əsasında münaqişə zonasında sülhün bərqərar olması öhdəliyini xatırladıb.


SON XƏBƏRLƏR