• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AZAL-ı vuran “Pantsir” Qroznıdan çıxarıldı

DÜNYA

30 Dekabr 2024 | 00:37 | Müəllif: Subhan Mahmudov

AZAL-ı vuran “Pantsir” Qroznıdan çıxarıldı

Ruslar Çeçenistan ərazisində olan və AZAL-a məxsus təyyarəni vuran "Pantsir-S" HHM sistemini Qroznıdan çıxardılar.

Bakıvactı.az xəbər verir ki, bu barədə məlumatı tarixçi alim Zaur Əliyev paylaşıb.

“Pantsir-S” sisteminin çıxarıldığını əks etdirən foto da yayan alim bunun izi itirmək üçün edilə biləcəyini də vurğulayıb.

“Pantsir-S” sistemi Qroznıya Ukrayna PUA-larının “Əhməd” xüsusi təyinatlılarının bazasına zərbə endirildikdən sonra gətirilmişdi.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026