• Bakı 23° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Blinken - Zelenski bu məsələləri müzakirə edəcək

DÜNYA

06 Sentyabr 2023 | 14:37 | Müəllif: Qalib İbrahimoğlu

Blinken - Zelenski bu məsələləri müzakirə edəcək

Kiyevdə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenin ukraynalı rəsmilərlə müzakirə edəcəyi mövzular açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunur ki, Rusiyanın təcavüzü qarşısında ABŞ-ın Ukraynanın suverenliyi, ərazi bütövlüyü və demokratiyasına sarsılmaz sadiqliyini nümayiş etdirmək üçün bu gün Kiyevə gələn Baş katib Blinken Prezident Vladimir Zelenski, Baş nazir Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşərək Ukraynanın davam edən əks-hücumu və gələcək bərpa və yenidənqurma səylərini müzakirə edəcək.

Məlumata görə, ABŞ Dövlət katibi Ukraynanın enerji, təhlükəsizlik və humanitar ehtiyaclarına toxunacaq və ABŞ-ın bu sahələrdə Ukraynaya dəstəyini necə davam etdirə biləcəyi barədə açıqlamalar verəcək..


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026